Bərdədə iki nəfər naməlum şəxs qadına zor tətbiq edib soydular
Facebook
Вконтакте
Одноклассники
Google+
Bərdə rayonunun Qasımbəyli kəndi ərazisində iki nəfər naməlum şəxs Şorəlli kənd sakini T.Məmmədovaya zor tətbiq edib.
Telexeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, onlar qadının 260 manat pulunu, mobil telefonunu və bankomat kartını alıblar.
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qasımbəyli kənd sakini, əvvəllər məhkum olunmuş E.Əhmədov saxlanılıb.
Digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.