Zelenskidən cəsarətli davranış: Rusiya ordusunun hücum etdiyi cəbhəyə getdi
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukrayna Prezidenti Vladimir Zelenski Donetsk vilayətinin Baxmut şəhərinə gedib.
Telexeber.az xəbər verir ki, bu barədə Urkaynanın rəsmi mənbələri məlumat yayıb. Detallar barədə məlumat verilməyib. Qeyd edək ki, bundan əvvəl Zelenski ən çətin döyüşlərin Baxmut cəbhəsində getdiyini açıqlamışdı.
Onun sözlərinə görə, Rusiya ordusu Ukraynanın nəzarətində olan və strateji əhəmiyyət daşıyan Bahmut şəhərini ələ keçirmək üçün hücumlar təşkil edir. Şəhər hələlik Ukrayna ordusunun nəzarətindədir.