Dövlət Gömrük Komitəsinin sədrinə yeni VƏZİFƏ VERİLDİ

Azərbaycan Voleybol Federasiyasının ümumi yığıncağı keçirilib.


Telexeber.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə nazir Fərid Qayıbov da iştirak edib.

Yığıncağın gündəliyi təsdiqləndikdən sonra federasiyanın prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub. C.Qurbanov Azərbaycan Atletika Federasiyasına rəhbər seçilməsi səbəbindən Voleybol Federasiyasının prezidenti vəzifəsindən istefa verdiyini bildirib və səsvermə ilə istefa qəbul edilib.

Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti seçilib.

Yığıncaqda həmçinin Faiq Qarayev və Bəhruz Quliyev federasiyanın vitse-prezidenti, Zaur Axundov, Elçin Ağakişiyev, İlqar Nuriyev, Elqar Bağırov və Günay Salamova isə İdarə Heyətinin üzvü seçiliblər.

Yığıncaqda həmçinin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və AVF-nin vitse-prezidenti Faiq Qarayev çıxış ediblər.
Популярный ролик