Sürücülük vəsiqələrinin verilməsi qaydasına dəyişikliklər gözlənilir. Bunlardan biri sınaq mərhələsi layihəsidir.
Telexeber.az xəbər verir ki, təklif olunan dəyişiklik təcrübəsiz sürücülər üçün nəzərdə tutulub.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı AzTV-yə açıqlamasında bildirib ki, dünyanın bir çox ölkələrində yeni sürücülük vəsiqəsi alanlarla bağlı bu təcrübəyə keçid edilib:
"Bu şəxslərə sınaq müddəti verilir. Həmin müddət ərzində kobud qayda pozuntularına yol verirsə, onun sürücülük hüququ məhdudlaşdırılır. Bundan sonra o, yenidən imtahan və digər prosedurlara cəlb edilir".