Yüksəkvəzifəli məmurlar finalda: Sevinən Kəmaləddin Heydərov oldu - FOTO

Xəbər verdiyimiz kimi, mayın 7-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinin final mərhələsi keçirilib.
Telexeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, həlledici görüşü dövlət və hökumət rəsmiləri də izləyiblər.

Turnirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Baş prokuror Kamran Əliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov və digər rəsmilər iştirak edib.

Xatırladaq ki, turnir Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Minifutbol turnirinin final oyununda Dövlət Təhlükəsizliyi Xidmətinin komandasının qapısından 8 top keçirən Fövqəladə Hallar Nazirliyinin komandası 8:7 hesabı ilə qalib gələrək turnirin çempionu olub.
Популярный ролик