"Avroviziya" təmsilçimiz əkizlərin anası DANIŞDI: "Mesaj yazıb dedim ki..."

"Azərbaycanda da bütün sənət adamları rəngli geyinir. Güllü köynəklər geyinmirlər? Saçlarını rəngləmirlər? Hansı sənət adamı saçını rəngləmir? Biraz saç rənglərini açıblar deyə niyə uşaqlara elə rəylər yazılmalıdır?"

Telexeber.az News24.az-a istinadən xəbər verir ki, bunu “Avroviziya-2023” Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Tural və Turanın anası Nərgiz Bağmanova deyib.


O bildirib ki, övladlarının qalib olmaması onu üzmür: "Turalla Turana mesaj yazmışam ki, qalib olmasanız da, qətiyyən üzülməyin. Siz mənim üçün hər zaman birincisiniz. Üzüldüyüm tək bir şey uşaqlarıma yazılan təhqiramiz rəylərdir.

Onların ifası, aylarla çəkdikləri zəhmət qaldı bir yana, başladılar geyimlərini linç etməyə.

Bu, incəsənətdir. Təhqiramiz rəy yazan adamlar sənətdən anlamayanlardır. İncəsənəti anlamayan adama nə demək olar?!"
Популярный ролик