Əxlaq dedikdə insanın bütün xüsusiyyətləri və adət etdiyi vərdişlər nəzərdə tutulur. İnsan bu xüsusiyyət və vərdişlərin təsiri ilə yaxşı və ya pis davranışlar sərgiləyə bilər. Bir anlayış olaraq əxlaq və ya davranışın həm müsbət, həm də mənfi tərəfləri var. Əxlaqsızlığın birinci növbəli növü insan alveridir. Dünyanın bir çox ölkələrində insan alveri ilə bağlı problemlər var. Burada əsas rol oynayan hissə isə qadın alveridir.
Belə ki, işbazlar qadınlar üzərindən milyonlarla pul qazanırlar. Qadın alveri dünya ilə yanaşı Azərbaycanda da aktual problemlərdən biridir. Təəssüflər olsun ki, buna qarşı nə qədər maarifləndirici və inzibati tədbirlər görülsə də ardı-arası kəsilmir.
Ölkəmizdə 2000-ci ilin dekabrın 12-də imzalanmış və 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının və onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması” haqqında protokolun, habelə 20 sentyabr 2002-ci ildə qəbul edilən “İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında” Brüssel Bəyannaməsinin müddəaları nəzərə alınaraq “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib. Bu plan əsasında indiyə qədər ölkə ərazisində fəaliyyətdə olan yüzlərlə əxlaqsızlıq yuvasının işinə xitam verilib və fahişəliyi təbliğ edən şəxslər cəzalandırılıb.
Lakin qadın alverinin sayı günü-gündən artmaqda davam edir. Məmurların qoruduğu sauna, kafe, masaj salonları, otel və istirahət mərkəzləri adı altında fəaliyyət göstərən yerlərin sayı bu gün də kifayət qədərdir. Onlar bu işi çox peşəkarlıqla edirlər. Bu obyektlərin mövcudluğu təhlükə mənbəyidir. Bu yerlər gələcək üçün əmanət edilən milli-mənəvi dəyərlərimizi uçuruma aparır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə— iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Əhməd ağaya məxsus Qara Qarayevdə və başqa yerlərdə fəaliyyət göstərən Otellərdə, milli mənəvi əxlaqımız taptaq altına atılır, gənclərimizin həyatı isə məhvə sürüklənir. Bəs görəsən cavabdeh qurumlar bu vəziyyətə niyə göz yumurlar? Mənfi reputasiyalı bu obyektdə baş alıb gedən biabırçılığa, nədənsə rayon polis şöbəsidə, biganə yanaşır. Heç şübhəsiz ki, bu əxlaqsızlıq yuvasının maneəsiz fəaliyyət göstərməsi
Gənclərin əxlaqına mənfi sirayət etməklə yanaşı ailələrin dağılmasına da, səbə olur.
Diqqətinizə çatdırdığımız xəbər ilə bağlı foto faktları gələn səyfəmizdə izləyə bilərsiniz.