Hindistanlı astroloq Şukra Raşi Parivartan 15 iyun 2023-cü ildə Hindistan astrologiyasına görə həyatını dəyişdirəcək 5 bürc haqqında proqnoz verib.
Telexeber.az xəbər verir ki, həmin tarixdə günəş Buğa bürcündən ayrılaraq Əkizlər bürcünə girəcək. Bir ay qaldıqdan sonra 16 iyul 2023-cü il saat 04:59-da Xərçəng bürcünə daxil olacaq.
Bu dəyişiklik zamanı Qoçlar mənəvi sferaya maraqlarını artıracaqlar. Onlar hər işdə əla nəticələr əldə edəcəklər. Xüsusəndə tibb sahəsində çalışan Qoç bürcü üzvləri üçün də geniş imkanlar yaranacaq.
Buğalar pulla bağlı problemlərdən xilas olacaq. Ev alacaq və ya tikəcəklər. Ancaq Buğa bürcləri bu dövrdə hirslərini cilovlamalı, danışıqlarına fikir verməlidirlər. Qarşıda uğurlu günlər gəlir, maddii baxımından güclü bir dövrə girəcəksiniz. Siz irəliyə doğru addımlar atıb nüfuzunuzu yüksəldəcəksiniz.
Şirlərin bizneslə bağlı problemləri uzun müddətdən sonra həll olunur. Dövlət sektorunda öhdəsindən gəlməli olduğunuz o işdə müsbət nəticə əldə edəcəksiniz. Peşədə yüksəliş və yeni layihə imkanları da qarşınıza çıxacaq. Atanızdan dəstək alacaqsınız. Sosial mövqeyiniz və nüfuzunuz artacaq. Torpaq və mirasla bağlı məsələlər də xeyrinizə həll olunacaq. Ev və ya maşın almaq istəyirsinizsə, indi tam zamanıdır.
Oğlaqlar isə gündəlik işində bəzi müsbət dəyişikliklər görəcəklər. Gözlənilməz yerlərdən qazanc əldə edəcəksiniz. Səhv etməməyə çalışın. Övladlarınız varsa, bəzi problemlər yaşaya bilərsiniz. Amma ümumilikdə bu dövr sizin üçün faydalı olacaq. Səyahət zamanı diqqətli olun, əşyalarınız oğurlana bilər.
Dolçalar isə işdə yüksəlməklə bərabət hamı onlara hörmətlə yanaşacaq. Zəhmət olmasa ailə üzvlərinizin sağlamlığına diqqət edin. İş ortağınızla harmoniyanızı pozmasanız, uğur qazanacaqsınız. Yaxşı pul qazanacaqsınız. İş həyatında irəliləməyə davam edəcəksiniz. Qərarlarınız təqdir olunacaq.