REAL üzvlərinin sayını 5 minə çatdırdı
- 31.05.2023, 08:27,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Respublikaçı Alternativ (REAL) Partiyası "Siyasi partiyalar haqqında" qanunda nəzərdə tutulan 5 min üzv tələbini yerinə yetirib.
Telexeber.az xəbər verir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov məlumat yayıb.
O deyib ki, partiyanın üzv sayı 5 min nəfəri keçib və yaxın günlərdə üzv siyahıları Ədliyyə Nazirliyinə təqdim ediləcək.
Xatırladaq ki, bu ilin yanvar ayının 14-də Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" Qanunu təsdiqləyib. 6 fəsil və 30 maddədən ibarət yeni qanunda siyasi partiyanın qeydiyyatı üçün 5 min üzv tələb edilir və bunun üçün onlara 6 ay vaxt verilir.