FHN Lerikdə evləri yararsız vəziyyətə düşən şəxslərə çadır ev qurub - VİDEO


Fövqəladə Hallar Nazirliyinə Lerik rayonu, Hamarmeşə kənd sakinləri Əhmədov Rauf Rakif oğlu və Fətullayev Orucəli Camal oğluna məxsus evlərin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.

FHN-dən Telexeber.az-a verilən xəbərə görə, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Lerik rayonu, Hamarmeşə kənd sakinləri R.Əhmədov və O.Fətullayev üçün müvəqqəti yaşayış məqsədilə çadır evlər qurularaq vətəndaşlara təhvil verilib.


Популярный ролик