"Deyir əlimin altında bilirsən nə qədər xalq artisti var" - Dadaşova ərindən DANIŞDI

Xalq artisti Brilliant Dadaşova "Söz-baz" verilişində açıqlaması ilə diqqət çəkib.

Telexeber.az teleqraf.com-a istinadən xəbər verir ki, şəxsi həyatından danışan Brilliant Dadaşova deyib: "Hər zaman qadın üçün ailəni və işi birgə aparmaq çətindir. Qadının üzərinə çox yük düşür. Deyirlər ki, yuvanı dişi quş qurar. Mən və həyat yoldaşım Ədalət bəy işimizi sevən insanlarıq. Ədalət bəy iqtisadçıdır. O, əvvəl Səməd Vurğun adına Akademik Rus Dram Teatrının direktor müavini, sonra isə direktoru oldu.


Bəzən ona kaprizlərimi göstərəndə deyir ki, teatrda əlimin altında bilirsən nə qədər xalq artistləri var? Düşünmək olmaz ki, ailə ayrı, sənət ayrı...

Mən və həyat yoldaşım Ədalət bir-birimizi sevmişik. Bir-birimizdən küsəndə isə birinci mən qaçıb barışmışam. Heç zaman gözləməmişəm ki, həyat yoldaşım gəlib mənimlə barışsın. Bir də görürsən ki, ər-arvad həftələrlə bir-birini danışdırmır. Bizdə belə şeylər heç zaman olmayıb. Biz iki-üç saat küsülü qalmışıq. Sonra mən danışmağa başlamışam. O da elə edib ki, guya heç bir şey olmayıb. Həyat yoldaşımı özümdən aşağı görməməlisən. Həyat yoldaşımı özümdən artıq hesab etmişəm".

Oğlunun ailə qurmasından söz açan xalq artisti onun fikrini tez-tez dəyişdiyini bildirib: "Cahad hərdən deyir ki, evlənirəm. Bir az vaxt ötür, istəyindən vaz keçir. Oğlandı da... Qız olanda məcbur edib, ərə vermək olur. Yəni, qızı ailə qurmaq məsələsində dilə tutmaq olur.

Biz istəyirik ki, Cahad özü sevsin. Acığım gəlir, ailə gedir özü qız tapır, öz aralarında evlilik məsələlərini həll edirlər. Mən belə toylarda çox olmuşam. Görünür ki, nə oğlanın, nə də qızın bir-birinə adiyyəti var. O ailənin ömrü çox olmur".

Qeyd edək ki, Brilliant Dadaşova Ədalət Hacıyevlə evlidir. Cütlüyün bir oğlu var.
  • Нравится
  • 0
  • Howard
  • 02-07-2023, 01:29
  • : 01:29
The value of Bitcoin has dropped beneath $31,000 (£25,140) - lower
than half of what it was at its peak last November, in response to the Coinbase cryptocurrency change.
On Monday, Japan's Nikkei index dropped 2.5%, while London's FTSE
a hundred closed down more than 2%. In the US, the Dow fell nearly 2%, the S&P
500 dropped 3.2% and Nasdaq misplaced 4.3%, deepening the falls in current weeks.
Shares in the company dropped more than 11% on Monday after media retailers reported that chief executive Dara Khosrowshahi had warned staff that traders had been becoming extra cautious about investments.
In instances of market uncertainty traditional investors
will often promote what they see as riskier assets - like
digital currency - and move their money into safer investments.
Bitcoin, which accounts for about a third of the cryptocurrency market with a complete value of close to $570bn,
has seen its value plunge more than 10% in the last day and more than 20% within the final
week.

my web page; https://cszons.com/
действия
Популярный ролик