Yaddaşı 20 %-ə qədər artırmaq mümkün oldu
- 15.12.2019, 12:49,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Elm adamları "Fövqəlİnsan" modelini yaratmaq üzərində çalışırlar. Görülən işlər çərçivəsində beyinə bağlanmış implantların yaddaşın 15 % - 20 % artmasına səbəb olduğu bildirilib.
Telexeber.az techland.az-a istinadən bildirir ki, Parkinson və Altsheymer xəstələrinin məruz qaldıqları zehni və fiziki itkiləri minimuma endirmək məqsədi ilə hazırlanmış beyin implantlarının depressiya, asılılıq, autizm, epilepsiya və danışma pozuqluqları kimi gündəlik həyatı məhdudlaşdıran xəstəlikləri də həll edə biləcəyi açıqlanıb. Alimlər hazırlanmış və əsl sinir hüceyrələri rolunu oynayan süni sinir hüceyrələrinin yaxın gələcəkdə onurğa beyin zədələri, Altaheymer xəstələri üçün önəmli həll yolu olacağını bildirir.
Digər tərəfdən elm adamları, beyinə bağlanmış implantlarla göndərilən elektrik siqnallarının yaddaşın yüzdə 15 - 20 % aralığında artırdığını bildirib. Hətta yaxın keçmişdə Elon Muskın texnologiya şirkəti Neuralink, beyinə birbaşa bağlanan bir implant sinir hüceyrələrinə elektrik siqnalları göndərərək pozulan funksiyaları yaxşılaşdıracağını açıqlamışdı
Bütün bu prosseslərin insanların idrak bacarıqlarının artırılması məqsədi ilə həyata keçirildiyi bildirilir.
Bu implant, süni sinir sistemlərinin inkişafı ilə yanaşı genetika elmi də "Fövqəlİnsan"a çatmaq üçün sürətlə çalışır.
"İnsan Genomu" layihəsi çərçivəsində genlərə müdaxilə edərək daha davamlı, ağıllı və daha istedadlı uşaqların dünyaya gələ biləcəyi bildirilib və tədqiqatın 15-20 il ərzində net nəticələr verəcəyi qeyd olunub.