Zaqatalada itkin düşənlərin yeri TAPILDI
- 25.07.2023, 09:44,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Zaqatalada itkin düşən şəxslərin yeri müəyyən olunub.
Bu barədə Telexeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.
"Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq- meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfərin olduqları yer müəyyən olunub. Hazırda onların təxliyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir", - deyə o qeyd edib.