Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək - RƏSMİ
- 25.07.2023, 10:19,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.
Milli Hidrometeorologiya Xidmətindən Telexeber.az-a verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
İyulun 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.