Bu şəxslərə sosial yardımın verilməsindən İMTİNA EDİLİR
- 27.07.2023, 13:47,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün də ünvanlı sosial yardım üçün bir sıra hallarda maklerlər vasitəsilə müraciətlərin şahidi oluruq.
Telexeber.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin l yarımilliyində görülmüş işlərə, yeniliklərə və qarşıdakı hədəflərə dair bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, belə müraciətlərdə hətta vasitəçilər tərəfindən məlumatların saxtalaşdırılması halları da üzə çıxır.
"Belə hallar aşkar olunduqda, saxtalaşdırılmış məlumatların növü üzrə müvafiq tədbir görülür. Belə ki, müraciətlərdə cinayət tərkibi varsa, hüquq-mühafizə orqanlarına müraciət edilir. Əmək müqaviləsində saxtalaşdırma varsa, bu halda Dövlət Əmək Müfəttişliyi tərəfindən müvafiq tədbirlər görülür. Və yekunda ünvanlı sosial yardımın verilməsindən imtina edilir",- deyə o bildirib.