"Tək mənim yox, bütün Azərbaycan xalqının ona hörməti var. Gözəl müğənnidir, tərbiyəli, qeyrətli xanımdır, gözəl ailə başçısıdır. Amma bu yaxında Zaurun verilişində ("5/5") bir söz dedi ki, "Niyə hamı ev istəyir?". Biz 45 ildir bu sənətdəyik. Bizim çəkdiyimiz əziyyətləri indikilər çəkmir. Amma, Elnarə xanımın açıqlaması biraz xoşuma gəlmədi. Fikrini çox pis ifadə elədi. Belə çıxdı ki, biz yolçu kimi çıxdıq. Amma elə deyil. Mənim paltarlarım mənim sənət əsərlərimdir. Mən müğənniyəm, yaradıcı insanam. Mən 56 kvadratın içindəyəm, yatmalıyam, istirahət etməliyəm. Üç uşaqla 56 kvadratın içindəyəm. Elnarə xanım dedi "Allah məni o günə qoymasın, öldürsün". Allah eləməsin, yaşa, gözəl sənətkarsan. Amma düz demədi. Bəli, bizim ehtiyacımız var. Axırıncı dəfə ev mövzusunda mən efirdə danışmışdım. Mən Bakıda elə taksidə getmişəm ki, taksi sürücüsü deyib ki, mən nazir övladı olmuşam. Kim nə bilir başına nə gələcək?!"
Milli.Az xəbər verir ki, bu sözləri əməkdar artist Elnarə Abdullayevaya cavab olaraq "Hər şey daxil"də Ruhəngiz Allahverdiyeva deyib.
Reklam fasiləsindən sonra telefonla efirə qoşulan Elnarə Abdullayeva xanım həmkarını onu yanlış anlamaqda təqsirləndirib:
"Siz məndən böyüksünüz, hörmət edirəm. Elə danışırsınız ki, güya mən şəxsi-qərəzliklə deyirəm ki, sənətkarlara ev verməsinlər. Mən hər bir kəsə hörmət edirəm. Belə olmaz. Bu gün studiyada əyləşən sənətkarlar efirdən çıxıb mənim evimə gəlsələr, onlar heç vaxt belə evdə yaşamazlar. Söhbət ondan getmir. Mən cavanam, mən bu gün az da yesəm, çox da yesəm, hələ mən özümü idarə edə bilirəm".