Yevlaxda ermənilərlə görüşə hazırlıq gedir - Caliber

"Əldə etdiyimiz məlumata görə, hazırda Yevlaxda rəsmi Bakının nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni nümayəndələri arasında görüşün təşkili üzərində iş gedir".

Telexeber.az xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb. Qeyd edilib ki, görüş təklifi heç bir üçüncü ölkədən gəlməyib:
"Təəssüf ki, erməni mətbuatına sızan bəzi məlumatlara görə, indi Qarabağ ermənilərinin bəzi nümayəndələri bu görüşü sabotaj etməyə çalışırlar. Bu, son dərəcə dağıdıcı mövqedir, çünki regiondakı problemlər yalnız Qarabağ erməniləri ilə onların Bakıdakı mərkəzi hökumət arasındakı birbaşa dialoq çərçivəsində həll edilə bilər".
Популярный ролик