Hava yenidən dəyişir - Güclü külək, leysan...
- 02.08.2023, 08:33,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda və Abşeron yarımadasında avqustun 03-ü səhərdən 05-i gündüzədək şimal-qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Telexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra avqustun 03-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 05-i gündüzədək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir.
Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.