Tanınmış fotoqraf Fuad İsmayılovun həyat yoldaşı Asya İsmayılova "İnstagram"da şok paylaşım edib.
News24.az xəbər verir ki, Asya Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Aysel Şükürovanı ailəsini, özünü təhqir etməsi, şərəf və ləyaqətini alçaltması, şər, böhtan atmasına görə məhkəməyə verib.
Asya Ayseli qanun çərçivəsində cəzalandırılacağını qeyd edib: "Mənə, namusuma, anama şər atmaq nə deməkdir? Anamla atamın ayrıldığını sübüt eləsin. Bunu eləyə bilsə, hamıdan üzr istəyib səhifəmi bağlamasam, şərəfsizin qızıyam. Evli, övladı olan adamın namusuna söz atmaq nə dərəcədə düzgündür? Dərəbəylik deyil. Əgər, səhvim varsa, polisə müraciət et, onlar məni cəzalandırsınlar. Cəzamı çəkməsəm kişi qızı deyiləm. Məhkəmə qərarına qədər gedib çıxacam. Eybi yoxdur, qoy məni pis tanısınlar. Bu səhifədə məhkəmə qərarını paylaşacam".
Bundan sonra da ürəyi soyumayan Asya daha bir paylaşım edərək, idarə rəisinin qızına açıq-aydın meydan oxuyub: "Tanış olun. Bura Aysel Şükürovanın yaşadığı binadır. Saat isə 06:30-dur. Bayaqdan Aysel və onun ətrafındakilar ailəmə şər, böhtan atdırdılar. İndi isə mən onu məhkəməyə verirəm. Bu gündən etibarən ağzından çıxdığı təhqirlərə görə, Aysel Şükürova qanun qarşısında cavab verməli olacaq. Üç maddə ilə artıq cinayət işi başlanacaq".