Ordubadın yeni icra başçısı kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Telexeber.az xəbər verir ki, Rəcəb Rəhimli Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiridir.


O, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir.

Rəcəb Rəhimli bakalavr təhsilini Türkiyənin Qazi Universitetinin İqtisadiyyat və idarəetmə elmləri fakültəsində alıb. O, bakalavr üzrə “Dövlət idarəçiliyi” ixtisasını bitirib.

R.Rəhimli magistratura təhsilini də eyni universitetdə həmin ixtisas üzrə bitirib.

O, Ankara Universitetinin Siyasət elmləri fakültəsində siyasət elmi və dövlət idarəçiliyi ixtisası üzrə doktorantura təhsili də alıb.
Популярный ролик