Vəkillər Kollegiyasına ödəniş üçün elektron qaimə-faktura tələb edilməyəcək
- 06.08.2023, 10:30,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Nazirlər Kabineti “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında 14 mart 2017-ci il tarixli qərarında dəyişiklik edilməsi barədə 2 fevral 2021-ci il tarixli qərarında dəyişiklik edib.
Telexeber.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, vəkillərin və vəkil qurumlarının Vəkillər Kollegiyasına ödənişləri elektron qaimə-fakturanın təqdim edilməsindən azad olunub.