"Azneft" rəhbərliyi sosial şəbəkələrdə yayılan hadisəni araşdırmaq üçün "Neft Daşları"ına gedib
- 23.12.2019, 15:55,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Sosial şəbəkələrdə yayılan çirkli maddələrin dənizə axıdılması görüntüləri ilə bağlı məsələni araşdırmaq üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyi rəhbərliyinin iştirakı ilə komissiya "Neft Daşları"na yollanıb.
Bunu "Report"a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
"Bu gün səhər saatlarından "Azneft" İstehsalat Birliyinin rəhbər şəxslərinin də iştirak etdiyi komissiya hadisəni araşdırmaq üçün əraziyə gedib. Normalda heç bir təlimatlarımızda, heç bir proseslərdə çirkli maddələrin dənizə bu şəkildə axıdılması nəzərdə tutulmur. Rəhbərlik tərəfindən də belə təlimat verilməyib. Bunun necə baş verdiyi hələ məlum deyil. Hadisəni dəqiqləşdirmək, araşdırmaq və qarşısını almaq üçün oraya xüsusi komissiya göndərilib",- İ. Əhmədov qeyd edib.
O əlavə edib ki, gələcəkdə belə hadisələrin təkrar baş verməməsi üçün nəzarət daha da gücləndiriləcək.