Vətəndaşların nəzərinə: Bu rayonda qaz olmayacaq
- 20.09.2023, 09:44,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

“Lökbatan” QPS-də və “Lökbatan” QTM-də görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 20 sentyabr saat 09:30-dan işlər başa çatanadək adıçəkilən QPS-dən qaz təchizatı dayandırılacaq.
Telexeber.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir aparılan müddətdə Qaradağ rayonunun Lökbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.