MM-in payız sessiyasının ilk plenar iclasının vaxtı məlum oldu
- 28.09.2023, 09:17,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.
Telexeber.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Beləliklə, payız sessiyası çərçivəsində parlamentin ilk plenar iclası oktyabrın 2-də keçiriləcək.