Yeni rektor onu özünə müşavir təyin etdi - FOTO
- 06.12.2023, 16:46,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Rüfət Əzizov özünə müşavir təyin edib.
Telexeber.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu vəzifəyə 38 yaşlı İsmayıl İsmayılov təyinat alıb.
Qeyd edək ki, İsmayıl Teyyub oğlu İsmayılov 2017-ci ildə 32 yaşında kimya üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülüb.
O, elmi fəaliyyətini akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda davam etdirir.
Xatırladaq ki, R.Əzizov sentyabr ayında Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.