Əməkdar jurnalist vəfat etdi
- 20.01.2020, 21:56,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Ölkəmizin jurnalist ictimaiyyətinə ağır itki üz verib.
Kult.az xəbər verir ki, Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva ömrünün 89-cu ilində vəfat edib.
Qeyd edək ki, Elmira Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə "Bakinski raboçi" qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində "İzvestiya" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.
1987-ci ildə Azərinformda (indiki AZƏRTAC) işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.