Çindən kənarda koronavirusla bağlı ilk ölüm halı qeydə alındı
- 02.02.2020, 18:42,
- Cəmiyyət / Dünya
Facebook
Вконтакте
Одноклассники
Google+

Filippində koronavirusdan ölüm halı qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, həyatını itirən şəxs Filippin vətəndaşıdır.
Qeyd edək ki, bu Çindən kənarda koronavirusla bağlı ilk ölüm halıdır. 20-dən çox ölkəyə yayılan virus nəticəsində Çində 300-dən çox insan həyatını itirib. Minlərlə insan virusa yoluxub.