Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
- 26.02.2024, 09:20,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Ermənistan Silahlı Qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub.
Müdafiə Nazirliyindən Telexeber.az-a verilən məlumata görə, fevralın 24-ü saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.