İtkin düşən Rasimlə bağlı yeni xəbər
- 04.03.2024, 08:59,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi bərpa edilib.
Telexeber.az Report-a istinadən xəbər verir ki, İmişli rayonunda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışı ilə bağlı Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi müvəqqəti dayandırılmışdı.
Bununla da uşağın axtarışları Biləsuvar rayonu ərazisində yekunlaşıb.
Qeyd edək ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin batması ehtimal olunur.