
Ərzaq mağazalarında (topdan və pərakəndə satış obyekti, bazar, yarmarka və s.) spirt tərkibli məhlul və ya digər maddələrlə dezinfeksiya edilməsi vacib olan sahələr açıqlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Telexeber.az-a verilən məlumata görə, bu sahələr aşağıdakılardır:
✅ Qapı və qapı tutacaqları
✅ İstehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və tutacaqları
✅ Ödəniş terminalları
✅ Kassada yerləşən konveyerlər
✅ Məhsulların saxlandığı rəf, stellaj, daşındığı araba və səbətlər
✅ Çoxmərtəbəli müəssisələrdə eskalatorlar və tutacaqları, liftlər
✅ Soyuducuların tutacaqları
✅ Tullantı qabları