Dörd rayonda qaz kəsiləcək
- 02.08.2024, 11:50,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Səbail, Xəzər, Binəqədi və Sabunçu rayonları ərazisində yerləşən bəzi qaz xətləri üzərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 02.08.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Ceyhun Hasilov, Nürəddin Paşayev, Tofiq Məmmədov küçələrində, Sulutəpə və Şağan qəsəbəsi Nüsrət Məmmədov, Məktəbli küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Azəriqaz"dan Telexeber.az-a verilən məlumata görə, eynilə qeyd edilən müddətdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, Maştağa Albalılıq, Bilgəh Albalılıq, Bağlar massivinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.