Oğuzda ağac kəsən şəxs cəzalanıb
- 02.04.2020, 10:48,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Oğuz rayonu Xaçmazqışlaq kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Telexeber.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı qovaq ağacının kəsildiyi və təbiətə 8400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Araşdırma zamanı ağacın Qəbələ rayon sakini İlqar İslamov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Oğuz rayon Prokurorluğuna göndərilib.