Xankəndində seçici fəallığı müşahidə olunur - FOTO

122 saylı Xankəndi seçki dairəsinin məntəqələrində səsvermə başlayıb.

Telexeber.az xəbər verir ki, seçki məntəqəqələrində səsvermənin başladığı ilk dəqiqələrdən seçici aktivliyi müşahidə olunur.


Belə ki, seçicilər fəal şəkildə səsvermə məntəqələrinə gəlib, öz vətəndaşlıq borcunu yerinə yetirirlər. Məntəqələrdə hər şeyin qaydasında olduğu və seçicilərin rahat şəkildə səs verdikləri bildirilir. Seçki dairəsi rəsmiləri də səsvermə prosesinin şəffaf və qanunauyğun şəkildə davam etdiyini təsdiqləyiblər.

Xatırladaq ki, bu seçkilər Azərbaycanın bütün suveren ərazilərində keçirilir. Vətəndaşlar parlamentin yeni üzvlərini seçmək üçün səsverməyə qatılırlar. 122 saylı Xankəndi seçki dairəsində də seçki prosesinin yüksək təhlükəsizlik və şəffaflıq şəraitində davam etməsi təmin olunub.
Популярный ролик