11 oktyabrda baş vermiş TKA və Yüksəksürətli Tac Dəliyi Axınlarının təsiri ilə 15-16 oktyabrda G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.
Telexeber.az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Qeyd edək ki, geomaqnit qasırğaları kommunikasiya xətlərinə, süni peyklərin orbitinə, o cümlədən insanların sağlamlığına təsir edir.
Maqnit qasırğalarına meteohəssas və xroniki xəstəliyi olan insanlar, eləcə də yaşlılar daha həssas olurlar. Baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq kimi hallar müşahidə edilir. Sağlam insanlardan da qəfil qan təzyiqinin yüksəlməsi halları ilə qarşılaşılır. Belə günlərdə bol-bol maye, eləcə də bitki çaylarını qəbul etmək, spirtli içkilərdən və tütün məhsullarından, habelə enerji içkilərindən uzaq olmaq lazımdır. Gün ərzində yürüyüşlər edin, qida rasionunuzdan çox yağlı yeməkləri çıxarın. Yuxu rejiminizə diqqət edin, 7 saatdan çox yatmayın. Bir sözlə, meteoroloji dəyişikliklərə dözümlü olmaq üçün immun sistemini də möhkəm saxlamaq lazımdır.
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.