Abşeron dairəvi dəmir yolunda sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirildi
- 07.04.2020, 08:52,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin müraciətlərini nəzərə alaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edib.
Bu barədə Telexeber.az-a qurumdan bildirilib.
Məlumata görə, məqsəd karantin müddətində qatarların hərəkət cədvəlinin fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının iş saatı ilə uyğunlaşdırılması və vətəndaşların gediş-gəlişinin daha səmərəli təşkilidir. Bu dəyişiklik aprelin 7-dən karantin müddəti bitənədək qüvvədə olacaq.