Hərbi hissə yaxınlığında obyektdə yanğın olub, xəsarət alan yoxdur - MN
- 10.11.2024, 10:25,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Müdafiə Nazirliyin N hərbi hissəsinin yaxınlığındakı obyektlərdən birində yanğın baş verib.
Bu barədə Telexeber.az-a Müdafiə Nazirliyindən bildirilib.
Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının başqa ərazilərə keçməsinin qarşısı tezliklə alınıb və qısa müddətdə söndürülüb.
Yanğın zamanı xəsarət alan yoxdur.