Bütün dövrlərdə cəmiyyətin inkişafında elm ocağı məbədgah, alimlər və aydınlar isə bu müqəddəs məbədgahın ziyası olub. İnsanın kamilləşməsi, əqlinin və dünyagörüşünün inkişafı bəhrələndiyi bu ziyadan və bu prosesi həyata keçirən ziyalılardan, alimlərdən asılıdır.
Bakı Şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi 294 nömrəli tam orta məktəbin Müəllim heyyəti şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
294 nömrəli tam orta məktəbin Direktoru Ruhiyyə Tağıyeva dərs zamanı çox tələbkardır. Heç kimə güzəştə getmir. Çalışır bütün şagirdlər dərsdən bəhrələnsin, nəsə götürsün. Tənbəlləri, oxumayanları xoşlamır. Şagirdləri dərsə həvəsləndirir, lazım olduqda həm dərs zamanı, həm də dərsdən sonra fərdi qaydada da məşğul olur. Yetər ki, şagirdlər nəyisə mənimsəsinlər, öyrənsinlər.
Ruhiyyə müəllimə qəlbən çox mülayim, həyatsevər, mehriban, nəzakətli və istiqanlı bir insandır. Şagirdləri öz doğma övladı kimi sevər. Hər birinin uğuruna sevinər.
Biz də, 294 nömrəli tam orta məktəbin Direktoru Ruhiyyə müəlliməyə şərəfli peşəsində yeni-yeni uğurlar arzulayırıq.