Xalq artisti ilə insident yaşayan mühafizəçinin məhkəməsi başlayır
- 03.12.2024, 14:30,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Xalq artisti Ağadadaş Ağayevin balta atdığı “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun da barəsində cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Telexeber.az Report-a istinadən xəbər verir ki, cinayət işi materialları Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Elçin Ağayevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası dekabrın 16-a təyin edilib.
Qeyd edək ki, N.Cəlilova Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham verilib.
Cinayət işi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, bu hadisə ilə bağlı Ağadadaş Ağayev barəsində də cinayət işi var. Onun cinayət işi ayrıca icraatda hazırda Binəqədi rayon Məhkəməsində baxılır.