“Ərzaq çatışmazlığından söhbət gedə bilməz” - Sahib Məmmədov
- 09.04.2020, 09:10,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

"Bu gün ərzaq təminatı sahəsində ehtiyatlarımız imkan yaradır ki, özünü təminat məsələlərində rahat addım ataq".
Telexeber.az xəbər verir ki, bunu AzTV-nin efirində İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.
Onun sözlərinə görə, ölkədə əsas strateji məhsullar üzrə özünütəminat səviyyəsi 100%-dən çoxdur: "Hətta Azərbaycanın ixrac potensialı formalaşıb. Ona görə ərzağın çatışmazlığdan söhbət gedə bilməz, ölkəyə məhsuların idxalı davam edir. Hökumət iri idxalçılarla iş aparır".
Xatırladaq ki, aprelin 5-dən etibarən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanılıb.