Azərbaycanda maskaların pulsuz paylanması gündəmdə deyil
- 09.04.2020, 09:13,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Ölkədə vətəndaşlara pulsuz maska paylanması məsələsi gündəmdə deyil.
Telexeber.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, həkim və xəstələrə, polis və gömrük orqanları əməkdaşlarına maska pulsuz paylanılır:
"Azərbaycanda maskalar o qədər baha qiymətə satılmır, əlçatandır. Bir az qıtlıq yaranmışdı, o da maska istehsal edən fabrik açılandan sonra aradan qalxır. Ehtiyac olarsa, dövlət bütün resurslarından istifadə edəcək".