Yutuberləri çətin günlər gözləyir - Bu videolar silinəcək

"YouTube" video platforması izləyiciləri aldatmaq üçün məzmunla əlaqəsi olmayan başlıq və şəkillərdən istifadə edən videolara qarşı mübarizəyə başlayır.

Telexeber.az xəbər verir ki, platforma bu cür aldadıcı başlıqlı videoların qarşısını almaq üçün tədbirləri gücləndirdiyini açıqlayıb.
Başlıq və kiçik şəkillərin verdiyi vədləri yerinə yetirməyən videolara müdaxilə ediləcək. Xüsusilə gündəm olan və ya təcili xəbərlər kimi təqdim edilən videolar diqqətdə saxlanacaq. Məsələn, “prezident istefa verdi” kimi başlıqların olduğu videolarda belə bir məlumat mövcud deyilsə, həmin məzmun platformadan silinəcək.

"YouTube"un açıqlamasında bildirilib ki, yaradıcılara bu siyasətə uyğunlaşmaq üçün vaxt veriləcək. Əvvəlcə qaydaları pozan məzmunlar xəbərdarlıq edilmədən silinəcək. Şirkət məzmun istehsalçılarının maarifləndirilməsinə davam edəcəyini, lakin diqqətin yeni yüklənən videolara yönəldiləcəyini qeyd edib.

Bu tədbirlər ilk olaraq Hindistanda tətbiq ediləcəyi bildirilib. Hindistanda uğurlu olarsa, dünya üzrə bütün istifadəçilərə şamil olunacaq. "YouTube"un saxta başlıqları və videodakı məzmun arasındakı uyğunsuzluğu necə müəyyənləşdirəcəyi tam açıqlanmayıb. Bununla bağlı istifadəçi şikayətlərinin də nəzərə alınacağı ehtimal edilir.
Популярный ролик