Yanvarın 4-ü ilə bağlı sürücülərə xəbərdarlıq
- 04.01.2025, 11:31,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Yanvarın 4-ü hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Telexeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 4-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.