Musayev Sabit Sabir oğlu: Qüdrətli dövlət, güclü iqtisadiyyat, qalib Ordu- İlham Əliyev siyasətinin təntənəsi


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait nəzərdə tutuldu, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu.

Azərbaycan Ordusunun Vətən Müharibəsindəki rəşadətini və Prezident İlham Əliyevin siyasi və diplomatik manevrlərini Telexeber.az-a şərh edən Ağstafa şəhər notariat ofisinin direktoru Musayev Sabit Sabir oğlu bildirib ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində dünya Azərbaycanı beynəlxalq hüquqa hörmət edən dövlət kimi tanıdı: “Azərbaycan dözümlülük nümayiş etdirdi ki, Minsk Qrupu məsələni sülh yolu ilə həll etsin. Amma Ermənistan barədə bunu demək olmaz. Prezident Aprel döyüşlərindən sonra demişdi ki, Azərbaycanla Ermənistanı təkbətək qoysalar, Ordumuz qısa bir zamanda işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyümüzü təmin edə bilər. Bəlkə də Aprel döyüşləri Vətən Müharibəsinin sınaqdan keçirilməsi idi. Bizi hansı maneələr, risklər gözlədiyini müəyyənləşdirdik. Bu riskləri minimuma endirmək çox böyük müdriklik, siyasətdə təcrübə, nüfuz tələb edirdi. Prezident bu riskləri müəyyənləşdirdi və aradan qaldırdı. Tovuz hadisələrindən sonra Prezident İlham Əliyev açıq hücum diplomatiyasına keçdi. Ölkə başçısı bildirmişdi ki, mən bilirəm, nə vaxt nə etmək lazımdır. Biz doğurdan da onu gördük. Prezident məqamı gözlədi və yetişdirdi”.
Популярный ролик