Azərbaycanda epidemioloji vəziyyət açıqlandı
- 02.05.2020, 08:24,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

"Hazırda Azərbaycanda yalnız sarı və narıncı rənglərə uyğun epidemioloji vəziyyət mövcuddur".
Telexeber.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
TƏBİB sədri bildirib ki, son günlər Gəncə və Lənkəranda aktiv yoluxma hallarında 2 dəfə artım qeydə alınıb: "Bu şəhər Bakı, Abşeron, Sumqayıt kimi narıncı zona elan edilib".
O bildirib ki, epidemioloji vəziyyət tədricən yaxşılaşdıqca və yoluxma halları sıfra endiyi halda bütün məhdudiyyətlər aradan qaldırılacaq: "Yoluxma sürəti gündəlik əsasda təsdiq edilən yoluxma hallarının sayı ilə müəyyən edilir".