Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salındı
- 29.04.2025, 10:49,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola düşüb.
Telexeber.az xəbər verir ki, Sarıcalı kəndinə daha 39 ailə (169 nəfər) Qaradağ rayonunun Lökbatan qəsəbəsindən yola salınıb.
Bu gün Bakı şəhərindən – 15 ailə (66 nəfər), Ağcabədi rayonundan – 5 ailə (25 nəfər), Ağdam rayonundan – 5 ailə (21 nəfər),
Bərdə rayonundan – 4 ailə (16 nəfər), Abşeron rayonundan – 3 ailə (7 nəfər), Mingəçevir şəhərindən – 2 ailə (11 nəfər), Şəki rayonundan – 2 ailə (6 nəfər), Gəncə şəhərindən – 1 ailə (7 nəfər), Şəki rayonundan – 1 ailə (6 nəfər) və Sumqayıt şəhərindən – 1 ailəyə (4 nəfər) evlərin açarları təqdim olunacaq.
Daha əvvəl Sarıcalı kəndinə köç karvanı bu il aprelin 2-də və 10-da yola salınıb.