Bələdiyyə sədrinin qardaşı adam güllələdi
- 02.05.2020, 08:57,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəmkir rayonunda qətl hadisəsi baş verib.
Telexeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini, 1977-ci il təvəllüdlü Etibar Süleymanov həmyerlisi, 1992-ci il təvəllüdlü Hüseynov Elnur Salman oğlunu öldürüb. E. Süleymanov kustar üsulla hazırlanmış silahdan E. Hüseynovun başına bir dəfə atəş açıb və E. Hüseynov hadisə yerində vəfat edib.
Qətli törətməkdə şübhəli bilinən E. Süleymanov Şəmkir rayon Yenikənd bələdiyyəsinin xanım sədrinin qardaşıdır. E. Süleymanov və qətlə yetirilən E. Hüseynov bacanaqdırlar.