"Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir” - Baş infeksionist
- 05.05.2020, 08:42,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
"Ehtimal var ki, mayın 11-dən sonra Bakıda SMS-lə bağlı verilən qərar ləğv edilsin".
Telexeber.az xəbər verir ki, bunu açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı elan edilən karantin dövrü hissə-hissə yumşaldılır:
"Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir. Ona kimi respublikada virusun yayılması müzakirə olunacaq, təhlil olunub, qiymətləndiriləcək və ondan sonra qərar veriləcək. Belə ehtimal var ki, SMS-lə bağlı verilən qərar ləğv edilsin. Çünki indiki durum bunu deməyə əsas verir".
Cəlal İsayev onu da vurğulayıb ki, mayın 11-dən sonra Bakı ilə rayonlararası məsafənin açılması müzakirə oluna bilər.(qaynarinfo)