Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
- 19.06.2025, 11:30,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə iyunun 22-də əlavə qatar reysləri təyin edir.
Telexeber.az bu barədə ADY-yə istinadən xəbər verir.
"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz",-deyə məlumatda qeyd edilib.