Nağdsız ödənişlərin aylıq həcmi 10 milyard manata yaxınlaşdı
- 24.06.2025, 11:27,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

2024-cü il ərzində ölkəmizdə fəaliyyət göstərən bankların emissiya etdiyi ödəniş kartları vasitəsilə dövriyyənin ümumi həcmi 126 milyard manatdan çox olub. Bu 2023-cü illə müqayisədə 27 faiz illik artım deməkdir.
Telexeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov Azərbaycan Banklar Assosiasiyası və AMB-nin təşkilatçılığı ilə keçirilən "Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi”ndə çıxışı zamanı deyib.
O qeyd edib ki, 2025-ci ilin aprel ayına aid məlumatlara əsasən, ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aylıq həcmi 10 milyard manata yaxınlaşıb.
“Eyni zamanda, cari ilin ilk 4 ayı ərzində ölkədaxili ödəniş kartları ilə həyata keçirilmiş nağdsız ödənişlərin həcmi 67 faiz, sayı isə 91 faizdən artıq olub. Bu isə o deməkdir ki, ödəniş kartları ilə ölkədaxili edilən hər 10 əməliyyatdan 9-u nağdsız formada həyata keçirilir və bu böyük uğurdur”,- deyə o diqqətə çatdırıb.