Bu balıqları ovlamaq qadağandır - SİYAHI
- 03.09.2025, 10:27,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanda balıq ovu mövsümü başlayıb, lakin bəzi balıqların ovlanması qadağandır.
Balıqçılıq İnstitutunun direktoru Mehman Axundov Telexeber.az-a açıqlamasında bildirib ki, “Qırmızı Kitab”a daxil edilmiş ümumilikdə 11 balıq növünün ovlanmasına moratorium qoyulub. Mehman Axundov həmin balıq növlərini də qeyd edib.
Belə ki, siyahıya aşağıdakı növlər daxildir:
- Qaya balığı
- Çay qızılxallısı
- Xəzər qızılbalığı
- Şirvan külməsi
- Zərdəpər
- Xəzər şirbiti
- Cənubi Xəzər porusu
- Qılıncbalıq
- Dəniz sıfı
- Kür siyənəyi
- Volqa siyənəyi
Direktorun sözlərinə görə, həmçinin bütün nərə cinsinə aid balıqların – bölgə, nərə və uzunburunun ovlanması da tamamilə qadağandır.